Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
"Bakupost" Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.
"Tofaş" və "Opel" maşının toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb, iki nəfər xəsarət alıb.
Qəzada ölənlər Sənan Dəgahquliyev (1994), onun övladı G.Dərgahquliyeva və bacısı oğlu M. Mehdili (2018) vəfat edib. Hadisə nəticəsində daha iki nəfər xəsarət alıb. Yaralılar Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.