ABŞ Prezidenti Donald Tramp yenilənmiş imici ilə sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. İzləyicilər Amerika liderinin ictimaiyyət qarşısına çıxdıqdan sonra saç rənginin dəyişdiyini müşahidə ediblər.
"Bakupost" CNN-ə istinadən xəbər verir ki, Trampın Asiya turnesi və ASEAN sammiti çərçivəsində noyabrın 17-də Filippinə gəlişini əks etdirən video İnstaqramda geniş müzakirələrə səbəb olub.
Kadrlarda ABŞ prezidentinin güclü külək altında təyyarədən enməsi və onu qarşılayanları salamlaması görünür. Tramp ağ köynək, tünd göy kostyum və qırmızı qalstukda olub.
Video 2,4 milyon baxış toplayıb. Lakin istifadəçilərin diqqətini səfərin özündən çox prezidentin saç rəngi cəlb edib. Şərhlərdə bəziləri Trampın saçlarını tünd rəngə boyadığını ehtimal edib, digərləri isə onun parikdən istifadə etdiyindən şübhələniblər.