Ru
17:36 / 18 Noyabr 2026

Direktor 6 min, müavinləri 5 min manat alacaq - Qərar

Direktor 6 min, müavinləri 5 min manat alacaq - Qərar
Eye

Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun strukturu təsdiq edilib.

"Bakupost" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun işçilərinin say həddi 435 ştat vahidi olmaqla təsdiq edilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun işçilərinin əmək haqlarının məbləğləri də təsdiqlənib.

Qərara əsasən, institutun direktorunun vəzifə maaşı 6 000 manat olacaq.

Direktor müavininin, o cümlədən direktor müavini-baş mühəndisin aylıq vəzifə maaşı 5 000 manat, mərkəz müdirinin 4 200 manat, şöbə müdirinin 4 000 manat, mərkəz müdirinin müavininin 3 400 manat, şöbə müdirinin müavininin isə 3 300 manat müəyyən edilib.

Sahə rəisinin vəzifə maaşı 2 900 manat, sektor müdirinin və sektor müdiri-baş mühasibin 2 700 manat, direktor köməkçisinin 2 600 manat, elmi katibin 2 300 manat, baş məsləhətçinin və baş elmi işçinin 2 100 manat olacaq.

Baş aqronom və baş mexanikin aylıq vəzifə maaşı 2 000 manat, aparıcı məsləhətçi, aparıcı iqtisadçı və aparıcı elmi işçinin 1 800 manat, böyük mühəndis, böyük məsləhətçi və böyük elmi işçinin 1 600 manat, mühəndis, məsləhətçi, elmi işçi və texnoloq-analitikin isə 1 400 manat təşkil edəcək.

Kiçik elmi işçi və böyük laborant üçün 1 200 manat, anbar təsərrüfatının rəhbəri üçün 910 manat, anbardar üçün 890 manat, laborant, kompüter operatoru və dispetçer üçün 700 manat, elektrik və sürücü üçün 600 manat vəzifə maaşı müəyyənləşdirilib.

Texniki işçilərin, o cümlədən qazanxana operatoru, fəhlə, xadimə, bağban və gözətçinin aylıq vəzifə maaşı 500 manat olacaq.

Sənəddə qeyd olunub ki, işçilərin vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər institutun göstərdiyi xidmətlərdən əldə edilən gəlir hesabına veriləcək.



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar