Ru
17:18 / 18 Noyabr 2026

Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcanı

Türkiyəyə uçan Rusiya təyyarəsində  bomba həyəcanı
Eye

Rusiyanın “Azimut” aviaşirkətinə məxsus təyyarəyə Türkiyəyə uçuş zamanı bomba təhlükəsi barədə məlumat daxil olub.

"Bakupost" xəbər verir ki, bu barədə “HavaSosyalMedya” portalı məlumat yayıb.

Bildirilib ki, Mineralnıye Vodı-Antalya marşrutu üzrə uçan təyyarə Türkiyənin hava məkanında olarkən göyərtədə bomba olması barədə siqnal daxil olub.

Təyyarədə 65 sərnişin və dörd ekipaj üzvü olub.

Qeyd olunub ki, təyyarə Antalya hava limanına endikdən sonra təhlükəsiz əraziyə yönləndiriləcək və orada təhlükəsizlik xidməti əməkdaşları tərəfindən zəruri yoxlamalar aparılacaq.

Dilay, BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar