Ru
16:15 / 18 Noyabr 2026

Bakıda binanın qazanxanasını zibilliyə çevirdi – Sakinlər ayağa qalxdı: Biabırçılıq! - VİDEO

Eye

Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən binanın qazanxanasında məskunlaşan və ərazini zibilliyə çevirən qadın sakinlərin etirazına səbəb olub.

"Bakupost" xəbər verir ki, Mirvari adlı qadın illərdir həmin ərazidə yaşayır. Onun burada müxtəlif tullantılar toplaması nəticəsində ərazidə ciddi antisanitar vəziyyət yaranıb.

Zaman keçdikcə tullantıların miqdarı daha da artıb və ərazi zibilliyə çevrilib. Ətrafa yayılan kəskin üfunət qoxusu və natəmizlik isə bina sakinlərinin haqlı narazılığına yol açıb.

Məlumata görə, qadına dəfələrlə alternativ yaşayış imkanları, o cümlədən sığınacaqda yerləşmək təklif edilsə də, o, bu təklifləri qəbul etməyib.

"Bakupost"un əldə etdiyi məlumata görə, sakinlərin şikayətləri əsasında yerli icra hakimiyyəti tərəfindən tədbirlər görülüb və qadın ərazidən uzaqlaşdırılıb.

Lalə Novruz, BakuPost


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar