Ru
14:24 / 18 Noyabr 2026

Dünyadan təcrid olunmuş qəbilə kəndə endi: Görüntülər narahatlıq yaratdı

Dünyadan təcrid olunmuş qəbilə kəndə endi: Görüntülər narahatlıq yaratdı
Eye

Braziliyanın şimal-şərqində uzun illər könüllü təcrid şəraitində yaşayan “Awá-Guajá” qəbiləsinin təxminən 20 üzvü kənd yaxınlığında görüntülənib. Qrupun tərkibində qadınlar və uşaqlar da olub.

“Bakupost” xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Maranhan ştatındakı Arariboia yerli ərazisində baş verib. Qəbilə üzvləri kənd sakinlərindən meyvə və yer alması alaraq yenidən meşəyə çəkiliblər.

Yerli təşkilatların məlumatına görə, qrupdakı bəzi uşaqların və yaşlıların arıq görünməsi narahatlıq yaradıb. Onların qida çatışmazlığı yaşadığı ehtimal edilsə də, bu, hələ tibbi olaraq təsdiqlənməyib.

Hadisədən sonra Braziliyanın Yerli Xalqlar üzrə Milli Fondu xüsusi mühafizə qruplarını işə cəlb edib. Məqsəd qəbilənin sağlamlığını və təhlükəsizliyini qorumaq, eləcə də ərazisinə nəzarətsiz girişlərin qarşısını almaqdır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar