Ru
13:28 / 18 Noyabr 2026

“WhatsApp”dan yenilik

“WhatsApp”dan yenilik
Eye

“WhatsApp” yazışmaların ehtiyat nüsxəsini saxlamaq üçün öz bulud yaddaş sistemini təqdim etməyə başlayıb. Yeni funksiya istifadəçilərə “iCloud” və “Google Drive”dan asılı olmadan söhbətlərini qorumağa imkan verəcək.

“Bakupost” xəbər verir ki, xidmət çərçivəsində istifadəçilərə 2 GB pulsuz yaddaş təqdim olunacaq. Ödənişli “WhatsApp Plus” abunəliyi ilə bu həcm 100 GB-a, “Meta One” abunəliyi ilə isə 4 TB-a qədər artırıla biləcək.

“iCloud” və “Google Drive” vasitəsilə ehtiyat nüsxə yaratmaq imkanı da saxlanılacaq. Beləliklə, istifadəçilər məlumatlarını hansı platformada saxlamağı özləri seçə biləcəklər.

Ehtiyat nüsxələr “passkey” texnologiyası ilə qorunacaq. Yeni funksiya hazırda beta proqramına qoşulan istifadəçilər üçün əlçatandır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar