Ru
12:52 / 18 Noyabr 2026

Ceyhun Bayramov Əli Kərimlidən danışdı: Müxalifət təmsilçisi olmaq...

Ceyhun Bayramov Əli Kərimlidən danışdı:  Müxalifət təmsilçisi olmaq...
Eye

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Politico” jurnalistinin Əli Kərimli ilə bağlı sualına cavab olaraq bildirib ki, müxalifət təmsilçisi olmaq heç kəsi hüquqi məsuliyyətdən azad etmir.

"Bakupost" Modern.az-a istinadla xəbər verir ki, XİN rəhbəri bunu Bakıda Almaniyanın xarici işlər naziri Yohan Vadefulla birgə mətbuat brifinqində deyib.

“Politico”nun jurnalisti Əli Kərimlinin həbsi və barəsində aparılan məhkəmə prosesi ilə bağlı Avropada səslənən narahatlıqlara toxunub.

O, Bayramovdan bu narahatlıqları və məsələnin Azərbaycandakı investisiya mühitinə mümkün təsiri barədə xəbərdarlıqları necə qiymətləndirdiyini soruşub.

C. Bayramov hər kəsin qanun qarşısında bərabər olduğunu vurğulayıb. Onun sözlərinə görə, hüquqi araşdırma Azərbaycan qanunvericiliyinə uyğun aparılır və məhkəmənin yekun qərarı suallara cavab verəcək.

Şərhlər
  • Murad

    Azərbaycanimizda qanunlar ayaqlar altindadır. Hər keçən gün də quyunun dibinə gedirik. Ölkəni də bütün dünyada biabır edirlər....

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar