Ru
10:54 / 18 Noyabr 2026

Bu cihaz olmadığından özəl xəstənalara üz tuturlar - VİDEO

Eye

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sümük sıxlığını ölçmək üçün zəruri tibbi avadanlıq yoxdur.


"Bakupost" xəbər verir ki, həkim-radioloq Aydın Əliyev Xəzər TV-yə müsahibəsində əvəllər işlədiyi institutda sümük densitometriyası cihazının olmadığını, yaxud varsa da, işləmədiyini iddia edib.

O qeyd edib ki, sümük sıxlığının ölçülməsi, osteoporoz və osteopeniya kimi xəstəliklərin müəyyənləşdirilməsi, sümük toxumasının vəziyyətinin qiymətləndirilməsi baxımından avadınlıq mühüm əhəmiyyət daşıyır.

Aydın Əliyevin sözlərinə görə, sümük densitometriyası cihazını nə MRT, nə də KT müayinəsi əvəz edə bilməz.

Mütəxəssis hesab edir ki, dövlət xəstəxanalında bu cihazın olmaması pasiyentləri özəl klinikalarda müayinəyə məcbur edir. Bu isə maddi çətinliklərə səbəb olur.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar