Ru
09:36 / 18 Noyabr 2026

Jestləri ilə gündəm oldu - VİDEO

Eye

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner arasında Kremldə keçirilən görüş zamanı tərcüməçi Aleksey Sadıkov sərgilədiyi qeyri-adi performansla diqqət mərkəzinə düşüb.

"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, Sadıkovun təkcə deyilənləri deyil, həm də Rusiya liderinin səs tonunu, ritmini, intonasiyasını, üz ifadələrini və əl jestlərini ingilis dilinə tərcümə edərkən eynilə təkrarlaması sosial mediada müzakirələrə səbəb olub.

Mətbuatda və sosial mediada yayılan görüntülərdə tərcüməçinin bu çıxışının adi prosesdən fərqli olaraq natiqin nitqinin təsirini və atmosferini tam şəkildə ötürdüyü qeyd edilib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar