Ru
23:52 / 17 Noyabr 2026

Gürcüstandan Azərbaycana gətirilən avtomobillər bahalaşacaq? - VİDEO

Gürcüstandan Azərbaycana gətirilən avtomobillər bahalaşacaq?  - VİDEO
Eye

Gürcüstandan Azərbaycana gətirilən avtomobillərlə bağlı yeni rüsum tətbiq edilib. Bundan sonra Gürcüstandan avtomobil alaraq Azərbaycana gətirmək istəyənlər əlavə olaraq 450 lari (təxminən 295 manat) ödəməli olacaqlar.

"Bakupost" Xəzər TV-yə istinadən xəbər verir ki, Gürcüstanın Gəlirlər Xidmətinin müəyyən etdiyi yeni rüsum noyabrın 16-dan qüvvəyə minib.

"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası"nın İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, bu qərar Azərbaycan avtomobil bazarına ciddi təsir göstərməyəcək.

Onun sözlərinə görə, artıq uzun müddətdir ki, Gürcüstandan Azərbaycana avtomobillərin təkrar ixracında azalma müşahidə olunur.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar