Səhər saatlarında bədbəxt hadisə nəticəsində həyatını itirən Elvin Quliyevin fotosu yayılıb.
"Bakupost" Oxu.az-a istinadla mərhumun fotosunu təqdim edir:
Qeyd edək ki, hadisənin ilk olaraq Sumqayıt şəhərində baş verdiyi bildirilsə də, sonradan onun Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində qeydə alındığı məlum olub.
İlkin məlumata görə, Sumqayıtda yaşayan Elvin Quliyevin körpünün pilləkənləri ilə hərəkət edərkən yıxıldığı bildirilir. Nəticədə o, baş nahiyəsindən aldığı ağır xəsarətlərdən həyatını itirib.