Ru
20:28 / 17 Noyabr 2026

Deputatdan Səyyad Aranın “danışmaqxana” sözünə REAKSİYA

Deputatdan Səyyad Aranın “danışmaqxana” sözünə REAKSİYA
Eye

"Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların çıxışları üçün 10 dəqiqə, cari məsələlərlə bağlı çıxışlar üçün 3 dəqiqə, arayış və ya sual üçün isə 1 dəqiqə vaxt ayrılır. Nizamnaməyə görə, deputatlar səsvermə və ya şifahi razılıq əsasında çıxış vaxtını azalda bilərlər. Deputatların ümumi razılığı ilə çıxış müddəti 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Bu qərar büdcə müzakirələrində daha çox deputatın çıxış etməsinə və fikirlərini səsləndirməsinə şərait yaratmaq məqsədi daşıyır".

"Bakupost" xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, həmkarının parlamenti bu şəkildə adlandırmasını qəbul edə bilmir: Elektronika məhsulları

"Parlament ciddi dövlət məsələlərinin müzakirə olunduğu, aktual problemlərlə bağlı mövqelərin bildirildiyi bir məkandır. Hər birimiz orada cəmiyyətimizə və xalqımıza layiq mədəniyyət və davranış nümayiş etdirməli, eyni zamanda bir-birimizin fikirlərinə hörmətlə yanaşmalıyıq".

Xatırladaq ki, bu gün Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Səyyad Aranla parlamentin sədri Sahibə Qafarova arasında çıxış müddəti ilə bağlı fikir ayrılığı yaranıb. Deputat çıxış üçün ayrılan vaxtın məhdudlaşdırılmasına etiraz edərək Milli Məclisi "danışmaqxana" adlandırıb. O, parlamentdə deputatların fikirlərini sərbəst ifadə edə bilməli olduğunu bildirib. Sahibə Qafarova isə bu ifadəyə etiraz edərək parlament etikasına və leksikasına riayət etməyə çağırıb. Spiker çıxış müddətinin 5 dəqiqə müəyyənləşdirilməsi barədə qərarın səsvermə ilə qəbul edildiyini xatırladıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar