Ru
19:00 / 17 Noyabr 2026

Vaşinqton Budapeştə Rusiya neftini almağa yenə icazə verdi

Vaşinqton Budapeştə Rusiya neftini almağa yenə icazə verdi
Eye

ABŞ Macarıstanın Rusiya neftini almaq imkanını təmin edən sanksiya istisnasının müddətini uzadıb.


"Bakupost" xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ Ədliyyə Nazirliyi Macarıstanın MOL şirkətinə Rusiya neftini almağa imkan verən sanksiya istisnasının müddətini 2027-ci il martın 19-dək uzadıb.

İcazə MOL şirkətinin “Lukoyl” və Litasco ilə əməliyyatlarına şamil olunur. Bu əməliyyatlar “Drujba” boru kəməri vasitəsilə tədarük edilməklə spot bazardan neft alınmasını, eləcə də mövcud müqavilələrin icrasını əhatə edir.


Qeyd edək ki, əvvəlki razılaşmanın müddəti noyabrın 21-də başa çatırdı. Sənədə əsasən, sözügedən əməliyyatlarda ABŞ-ın fiziki və hüquqi şəxsləri, eləcə də Amerika maliyyə sisteminin xidmətləri iştirak etməməlidir. Həmçinin bu əməliyyatlar sanksiya tətbiq edilmiş digər şəxslərə fayda verməməlidir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar