Ru
18:31 / 17 Noyabr 2026

Azərbaycanlı aktyorlar məşhur Yaponiya serialında - Foto

Azərbaycanlı aktyorlar məşhur Yaponiya serialında - Foto
Eye

Azərbaycan aktyorları məşhur Yaponiya serialında rol alıblar.


“Bakupost” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) məlumat yayıb.

Bildirilib ki, Yaponiyanın TBS telekanalının məşhur “VIVANT” serialının ikinci mövsümünün genişmiqyaslı çəkilişləri Azərbaycanda həyata keçirilib.

Beynəlxalq layihənin çəkilişlərində 26 azərbaycanlı aktyor iştirak edərək müxtəlif obrazları canlandırıb.

Serialda Şəhriyar Əbilov, Elnur Hüseynov, Pərviz Məmmədrzayev, Manaf Dadaşov, Mirzə Ağabəyli, İlqar Musayev, Fidan Tarverdiyeva və başqa məşhur aktyorlar iştirak edirlər.

Qeyd edək ki, layihə ARKA nəzdində fəaliyyət göstərən Azərbaycan Film Komissiyası və Bakı Media Mərkəzinin əməkdaşlığı çərçivəsində həyata keçirilib.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar