Ru
17:17 / 17 Noyabr 2026

Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır?

Eye

Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə əsasən tibbi qiymətləndirmə zamanı yastıayaqlı şəxsdə ayaq tağının hündürlüyü 17 mm-dən az olduqda (III dərəcə yastıayaqlılıq) müvafiq şərtlərə uyğun olaraq çağırışçı hərbi xidmətə yararsız hesab edilir.
 
"Bakupost" xəbər verir ki, bunu DOST TV-də canlı yayımlanan “Sosial saat”verilişində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Çağırışçıların tibbi qiymətləndirilməsi departamentinin müdir müavini Günel Məmmədova izləyicilərin suallarını cavablandırarkən bildirib.
 
O qeyd edib ki, Nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə barəsində məlumatlar daxil edilmiş çağırışçının Agentlikdə yekun tibbi müayinəsinin keçirilməsi üçün altsistem tərəfindən avtomatik tarix müəyyən edilir və ona bu barədə məlumat  verilir.
Tibbi qiymətləndirmə nəticəsində qəbul edilən yekun qərarla çağırışçı “mygov” portalındakı şəxsi kabineti vasitəsilə tanış ola bilir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar