Ru
16:15 / 17 Noyabr 2026

Polad Bülbüloğlu AzTV-nin yubileyinə o xanımla gəldi - FOTO

Polad Bülbüloğlu AzTV-nin yubileyinə o xanımla gəldi  - FOTO
Eye

Noyabrın 15-də Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının isə 70 illik yubileyi münasibətilə “Yubiley gecəsi” adlı konsert proqramı təşkil olunub.

Tədbirdə dövlət və hökumət rəsmiləri, deputatlar, sənət aləminin nümayəndələri və digər şəxslər iştirak ediblər.

"Bakupost" Modern.az-a istinadla xəbər verir ki, diqqətçəkən məqamlardan biri Xalq artisti, deputat Polad Bülbüloğlunun tədbirə Əməkdar artist, tanınmış rəqqasə və pedaqoq Eteri Cəfərova ilə birlikdə gəlməsi olub. Onlar yubiley tədbirini yanaşı izləyiblər. Bakıda online alış-veriş

Polad müəllimlə Eteri xanımın yubiley tədbidində birgə olması media mənsublarının kamerasından yayınmayıb.

Xatırladaq ki, bir neçə ay öncə ölkə mediasının gündəmini Polad Bülbüloğlu ilə Eteri Cəfərovanın evlənmə xəbəri zəbt etmişdi. Həmin vaxt bu xəbər birmənalı şəkildə təkzib olunmamışdı.



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar