Ru
16:32 / 17 Noyabr 2026

“ChatGPT”də yeni təhlükəsizlik tədbiri

“ChatGPT”də yeni təhlükəsizlik tədbiri
Eye

“OpenAI” süni intellekt vasitəsilə yaradılanlar da daxil olmaqla, uşaqların istismarını əks etdirən görüntüləri aşkarlamaq üçün yeni alət hazırlayıb.

“Bakupost” xəbər verir ki, şirkət yeni sistemi təsdiqlənmiş təşkilatlara pulsuz təqdim edəcək. Alət əvvəllər aşkarlanmamış görüntüləri vizual əlamətlər əsasında müəyyənləşdirir və risk səviyyəsinə görə qiymətləndirərək mütəxəssislərə araşdırma zamanı prioritetləri müəyyənləşdirməyə kömək edir.

Şirkət, həmçinin “ChatGPT”də bu cür məzmunu axtarmaq cəhdlərinin qarşısını almaq üçün yeni xəbərdarlıqlar tətbiq edəcək. Qayda pozuntusu aşkar edilən söhbət silinəcək, istifadəçinin platformaya girişi 24 saatlıq dayandırılacaq. Təkrar pozuntular hesabın bağlanmasına və ya müvafiq qurumlara məlumat verilməsinə səbəb ola bilər.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar