Ru
19:51 / 17 Noyabr 2026

Macarıstan Ukraynaya dəmir yolu əlaqəsini dayandırdı – SƏBƏB

Macarıstan Ukraynaya dəmir yolu əlaqəsini dayandırdı –  SƏBƏB
Eye

Macarıstan pilotsuz uçuş aparatlarının hücumundan sonra Ukrayna ilə dəmir yolu əlaqəsini müvəqqəti dayandırıb.


"Bakupost" xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar məlumat verib.

Onun sözlərinə görə, qatarların hərəkəti noyabrın 17 və 18-də dayandırılıb. Rusiya PUA-larından biri Mukaçevo dəmir yolu vağzalından 300 metr məsafədə düşüb. Hadisə nəticəsində ölən olmayıb.


Macarıstanın xarici işlər naziri də Mukaçevo və Ujqorod rayonlarına zərbələr endirildiyini bildirib.

O, Zakarpatye bölgəsinə yeni hücumların ola biləcəyi barədə xəbərdarlıq edib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar