Ru
23:06 / 17 Noyabr 2026

Putin Çindədir: Tramp və Si Cinpinlə tarixi görüş gözlənilir - VİDEO

Putin Çindədir: Tramp və Si Cinpinlə tarixi görüş gözlənilir -  VİDEO
Eye

Rusiya Prezidenti Vladimir Putin iki günlük işgüzar səfərlə Çinin Şençjen şəhərinə gəlib.

"Bakupost" Bizim.Media-ya istinadla xəbər verir ki, burada son dövrlərin ən mühüm geosiyasi hadisələrindən biri – APEC sammiti və Rusiya, ABŞ və Çin liderlərinin danışıqları keçiriləcək.

Çinin Şençjen şəhərində APEC-ə üzv iqtisadiyyatların liderlərinin 33-cü görüşü başlayır.

Çərşənbə günü keçiriləcək biznes forumunda Rusiya Prezidenti Vladimir Putin də çıxış edəcək. Günlərin ən mühüm hadisələrindən biri isə bütün dünyanın diqqətini cəlb edən üçtərəfli görüş olacaq.

Sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpinin tarixdə ilk dəfə üçtərəfli görüşü planlaşdırılır.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar