ABŞ-də “Apple” şirkətinin bir sıra xidmətlərinin işində kütləvi nasazlıq qeydə alınıb.
"Bakupost" xəbər verir ki, istifadəçilər Apple Pay, iCloud və App Store xidmətlərindən istifadə zamanı problemlərlə üzləşdiklərini bildirirlər.
Nasazlığın mümkün səbəbi kimi haker hücumu ehtimalı irəli sürülür. Lakin bu versiya hələlik rəsmi şəkildə təsdiqlənməyib.