Ru
09:18 / 18 Noyabr 2026

Gürcüstanda 31 yaşlı azərbaycanlı faciəvi şəkildə öldü - FOTO

Gürcüstanda 31 yaşlı azərbaycanlı faciəvi şəkildə öldü  - FOTO
Eye

Gürcüstanda 31 yaşlı azərbaycanlını elektrik cərəyanı vurub.

"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, hadisə Kaxeti bölgəsinin Laqodexi bələdiyyəsi qeydə alınıb.

Hadisə zamanı 31 yaşlı Əmrah Kazımov həyatını itirib.

Faciə ötən gün Uzuntala kəndində qeydə alınıb. Usta işləyən Əmrah Kazımov talvarın üzərinə dam örtüyü vurduğu zaman ehtiyatsızlıqdan yüksək gərginlikli elektrik naqillərinə toxunub.

Nəticədə onu elektrik cərəyanı vurub və hadisə yerində vəfat edib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar