Ru
10:12 / 18 Noyabr 2026

Bakıda yataqxana yandı - VİDEO

Eye

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.


Bu barədə "Bakupost"a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 840kv.m. olan ikimərtəbəli yataqxana binasında baş vermiş yanğın genişlənərək digər mərtəbəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 420kv.m. sahədə, bir otağın yanar konstruksiyaları 65kv.m., digəri isə 10kv.m. sahədə və binanın dəhlizi 6kv.m. sahədə yanıb.

Xəsarət alan olmayıb.

Yataqxana binasının birinci mərtəbəsi, həmçinin ikinci mərtəbədə yerləşən digər otaqlar yanğından mühafizə olunub.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar