Ru
11:30 / 18 Noyabr 2026

“Azəriqaz” rəhbərliyi Naxçıvanda vətəndaşları qəbul edəcək

“Azəriqaz” rəhbərliyi Naxçıvanda vətəndaşları qəbul edəcək
Eye

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu noyabrın 20-də saat 11:00-da Naxçıvan şəhərində (Heydər Əliyev prospekti, 66, Naxçıvan Şəhər İcra Hakimiyyətinin binası) keçiriləcək.

"Bakupost" xəbər verir ki, görüşdə Naxçıvan şəhərinin, Babək, Şərur, Culfa, Kəngərli, Sədərək, Şahbuz və Ordubad rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin xidmət sahələrinə aid olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Naxçıvan Regional Qaz İstismarı İdarəsinə (tel.: 036-545-06-91, 050-845-66-06) müraciət edə bilərlər.



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar