Ru
14:33 / 18 Noyabr 2026

Dərmanları süni intellekt hazırlayacaq: 5 milyard dollarlıq yatırım

Dərmanları süni intellekt hazırlayacaq: 5 milyard dollarlıq yatırım
Eye

“Alphabet”in tərkibində fəaliyyət göstərən “Isomorphic Labs” süni intellektlə dərman hazırlanması üçün 5 milyard dollar investisiya cəlb edib.

“Bakupost” xəbər verir ki, investisiya raunduna “Greenoaks Capital” və “Sequoia Capital” rəhbərlik edib. “Andreessen Horowitz” və digər investorlar da maliyyələşmədə iştirak ediblər.

Şirkət “DeepMind”ın “AlphaFold” modelinə əsaslanan süni intellekt texnologiyası ilə dərman namizədləri hazırlayır. Onkologiya və immunologiya sahələrində klinikadan əvvəlki sınaqlarda müsbət nəticələr əldə edildiyi bildirilir.

Yeni vəsait texnologiyanın təkmilləşdirilməsinə və dərman hazırlanması layihələrinin genişləndirilməsinə yönəldiləcək.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar