“Bentley” şirkətinin ilk elektrikli modeli “Torcal”a maraq gözləniləndən yüksək olub. Hələ kütləvi istehsalına başlanmayan lüks SUV-nin 2027-ci il üçün istehsal kvotası artıq tam dolub.
“Bakupost” xəbər verir ki, avtomobilin istehsalına gələn il başlanacaq. Bu gündən sifariş verən müştərilər avtomobillərini 2028-ci ildə əldə edə biləcəklər.
Modelin ABŞ-də başlanğıc qiyməti 222 495 dollardır. Daha güclü “Torcal S” versiyası 262 695 dollardan, “First Edition” isə 300 995 dollardan təklif olunur. Fərdi sifariş və əlavə təchizatlarla avtomobilin qiyməti 300 min funt sterlinqi də ötür.
“Bentley”nin baş icraçı direktoru Frank-Steffen Walliser bildirib ki, yeni model daha gənc müştərilərin və əvvəllər markanın avtomobillərini almayan şəxslərin də marağına səbəb olur.
Vüsalə Hüseynova,
BakuPost