Ru
11:52 / 20 İyun 2025

Bakıda maşın piyadanı belə vurub öldürdü - Anbaan GÖRÜNTÜLƏR

Bakıda maşın piyadanı belə vurub öldürdü -  Anbaan GÖRÜNTÜLƏR
Eye

Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, “ASK Arenanın” qarşısında piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, 2 piyada yolun hərəkət hissəsindən keçib və onlardan birini minik avtomobili vurub. Piyada hadisə yerindəcə həyatını itirib.

Qəza səbəbindən metronun “Koroğlu” satnasiyası istiqamətində nəqliyyat sıxlığı yaransa da polis əməkdaşları tərəfindən görülən zəruru tədbirlər nəticəsində hazırda avtomobillərin sərbəst hərəkəti təmin edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar