Ru
14:22 / 15 İyul 2025

Bakıda qadın evdən 60 min manatdan çox pul oğurladı

Bakıda qadın evdən 60 min manatdan çox pul oğurladı
Eye

Paytaxtın Nizami rayonunda evlərin birindən oğurluq edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, rayonun Q.Qarayev prospektində yerləşən evdən 30 000 dollar və 12 000 manat oğurlanması barədə zərərçəkən şəxs polisə müraciət edib. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Analoji hadisə Sabunçu rayonunda da baş verib. Evlərin birindən 25000 manat və 20000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə daxil olmuş müraciət əsasında keçirilən tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş 56 yaşlı İ.Çurin müəyyən edilərək saxlanılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar