Ru
09:11 / 10 İyul 2024

Bakıda qadınlar arasında bıçaqlanma - Saxlanılan var

Bakıda qadınlar arasında bıçaqlanma - Saxlanılan var
Eye

Bakının Xəzər rayonunda iki nəfər bıçaqlanıb.


Bu barədə Bakupost.az -a DİN-in Mətbuat Xidmətindən bildirilib.


Mərdəkan qəsəbəsində baş verən bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş 1973-cü il təvəllüdlü Zəminə Babayeva polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı saxlanılıb.


Qeyd edək ki, 1971-ci il təvəllüdlü Vəliyeva Lalə Qiyas qızı rəfiqəsi ilə mübahisə edib. Mübahisə zamanı o, bıçaqlanıb.

Həmin vaxt L.Vəliyevanın qohumu Məmmədov Valeh Məmməd oğlu da bıçaq xəsarəti alıb.

Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar