Ru
00:29 / 27 Noyabr 2026

Batumidə gərgin gecə: "Beşiktaş" qalmaqallı qarşılaşmadan qalib ayrıldı

Batumidə gərgin gecə: "Beşiktaş" qalmaqallı qarşılaşmadan qalib ayrıldı
Eye

UEFA Avropa Liqasının əsas mərhələsinin V turunda Türkiyənin "Beşiktaş" klubu İsrailin "Hapoel Beer-Şeva" komandasını 2:1 hesabı ilə məğlub edib.


"Bakupost" xəbər verir ki, Gürcüstanın Batumi şəhərindəki "Batumi Arena" stadionunda keçirilən qarşılaşmada hesabı 75-ci dəqiqədə Junior Olaytan açıb.

15 dəqiqə sonra Orkun Kökçü Duşan Vlahoviçin ötürməsindən sonra hesab arasındakı fərqi iki topa çatdırıb. 90+4-cü dəqiqədə Ceyvon İst qollardan birinin əvəzini çıxsa da, qonaqlar hesabı bərabərləşdirə bilməyiblər.

Bu qələbədən sonra "Beşiktaş" 10 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. "Hapoel Beer-Şeva" isə bir xalla 35-ci yerdədir.

Xatırladaq ki, oyun təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə "Beşiktaş" azarkeşləri arasında baş verən qarşıdurma səbəbindən yarımçıq dayandırılmış sonra isə bərpa edilmişdi.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar