Ru
19:51 / 22 İyun 2025

Bəhruz Səmədovu buraxın, getsin canından artıq sevdiyi Ermənistana

Bəhruz Səmədovu buraxın, getsin canından artıq sevdiyi Ermənistana
Eye

Bəhruz Səmədovla (siyasi məhbus kimi adı hallandırılır – red.) bağlı vəziyyət birmənalı deyil. Mən onun haqqında bir dəfə yazmıdım. Yazmışdım ki, “oc-media.org” saytında Bəhruz Səmədovun Azərbaycana qarşı yazılan məqaləsində (“Azerbaijan needs an alternative to nationalist militarism” - Azərbaycana millətçi militarizmə alternativ lazımdır) belə bir yer var: “Azərbaycanda demokratiya və insan haqlarını müdafiə edənlərin çox azı Azərbaycanda ermənilərə qarşı dehumanizing (insanları insanlıqdan çıxaran qorxu vasitəsi ilə qəddar idarəetmə), nativist (yerli xalqı gəlmələrdən üstün tutan düşüncə) və faşist yanaşmaya yaxın münasibətə meydan oxumağa və dəyişməyə cəhd göstərib”. Bu fikri bir az bəsit ifadə edim: Deyir ki, məsələn, Azərbaycanda 100 nəfər demokratiya və insan hüquqlarını müdafiə edən fəal varsa, onlardan yalnız 3-5 nəfəri ermənilərə münasibətdə Azərbaycanın yeritdiyi qorxuya söykənən qəddar idarəetməyə, şovinizmə və faşist yanaşmaya yaxın davranışa qarşı çıxır. Azərbaycanda demokratiyadan danışanların 95-97 faizi “saxta” demokratdır. Təbii ki, müəllif özünü də o 3-5 əsl demokratdan biri hesab edir.

Bakupost.az xəbər verir ki, bu sözləri Sürixdə yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.

“Adam Natiq Cəfərli, Erkin Qədirli, Bəxtiyar Hacıyev və Xədicə İsmayılı, hətta Əbülfəz Elçibəyi anti-erməni mövqeyinə görə ittiham edir: “İndiki rejim (yəni İlham Əliyev) keçmiş Azərbaycan hökumətlərinin (Əbülfəz Elçibəy) ən pis elementlərini qəbul edir; təslim olmağı (ermənilərdən) tələb edir və təslim olmaqdan imtinanı cəzalandırır, biz bunu Laçın dəhlizinin blokadasından da görürük...”

Bəli, mən bütün siyasi məhbusların, o cümlədən Bəhruz Səmədovun da azadlığa çıxmasının tərəfdarıyam. Ancaq biz bunu da heç vaxt unutmamalıyıq ki, Bəhruz Səmədov və onun kimilər bu dövlətin və millətin düşmənidir. Bunun o yan-bu yanı yoxdur.

Mən əminəm ki, Azərbaycan mediası müstəqil və azad olsa, Bəhruz Səmədov kimilərin cavabı konkret arqumentlərlə verilər.

Bəhruz Səmədovu isə buraxın. Buraxın ki, getsin canından artıq sevdiyi Ermənistanda yaşasın”, - o qeyd edib.

Aygün,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar