Akademik dünyada və televiziya proqramlarında geniş pərəstişkar kütləsi olan Professor Dr. İlbır Ortaylının səhhətində bir müddətdir ciddi problemləri olduğu məlum olub.
Bakupost.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Fateh Altaylı bildirib.
O, Ortaylının səhhətinə diqqət çəkərək, yaxın çevrəsindən və onu sevən hər kəsdən dua istəyib:
“Əziz oxucular, canımın bir parçası, çox dəyərli dostum, hamınızın, hamımızın çox sevdiyi İlber Ortaylı müəllim bir neçə gündür çox ciddi sağlamlıq problemləri ilə mübarizə aparır. Əgər inanırsınızsa dualarınızı, inanmırsınızsa yaxşı diləklərinizi ondan əsirgəməyin”.
Xatırladaq ki, ötən ay – 15 fevral tarixində Ortaylının keçirdiyi əməliyyatdan sonra onun sağlamlıq vəziyyəti gündəmə gəlmişdi. Əməliyyatın uğurla başa çatdığı bildirilmiş, Ortaylı isə müalicə prosesində yanında olan tibb işçilərinə təşəkkür etmişdi.