Ru
16:50 / 30 Oktyabr 2026

Ağdaşda “Avropa Beynəlxalq Hospitalı”nın yeni filialı istifadəyə verilib - FOTO

Ağdaşda “Avropa Beynəlxalq Hospitalı”nın yeni filialı istifadəyə verilib  - FOTO
Eye

Ağdaş şəhərində müasir tibbi avadanlıqlarla təchiz olunmuş “Avropa Beynəlxalq Hospitalı”nın yeni filialının təntənəli açılış mərasimi keçirilib.


"Bakupost" xəbər verir ki, tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, RİH-in və digər dövlət qurumlarının rəsmi şəxsləri, eləcə də “Avropa Beynəlxalq Hospitalı”nın rəhbərliyi və tibb ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edənlər rayon sakinlərinə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, əhalinin müasir tibbi diaqnostika və müalicə imkanlarına əlçatanlığının təmin edilməsi istiqamətində atılan bu addımın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Yeni açılan filiada sakinlərin dəqiq diaqnostikası və effektiv müalicəsi üçün geniş profilli şöbələr – laboratoriya, radiologiya, Rentgen və UZİ, cərrahiyyə, oftalmologiya (Göz xəstəlikləri), LOR (Qulaq-Burun-Boğaz), ginekologiya, travmatologiya, kardiologiya, endokrinologiya, pediatriya, stomatologiya, kosmetologiya, ozonoterapiya şöbələri fəaliyyət göstərəcək.

Açılış lentinin kəsilməsindən sonra qonaqlar tibb müəssisəsində yaradılan şəraitlə, müasir diaqnostik cihazlarla yaxından tanış olublar.

Yeni filial sakinlərə yüksək ixtisaslı həkim heyəti və müasir standartlara cavab verən tibbi xidmətlərlə fəaliyyət göstərəcək.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar