ABŞ və İran arasında vasitəçilik səyləri çərçivəsində Qətərdən olan nümayəndə heyətinin Tehrana gəldiyi iddia olunur.
“Bakupost” xəbər verir ki, İran mətbuatının məlumatına görə, nümayəndə heyəti bölgədə təhlükəsizlik və sabitliyin təmin olunmasına yönələn danışıqlar aparır.
Heyətin səfəri və keçirdiyi görüşlərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Vüsalə Hüseynova,
BakuPost