Ru
15:29 / 30 Oktyabr 2026

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi - FOTO

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi  - FOTO
Eye

Deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu iddia edilən Sevinc Nəsirova psixoloji dispanserə yerləşdirilib.


“Bakupost” Modern.az-a istinadən xəbər verir ki, son günlər “TikTok”da qeyri-adekvat hərəkətləri ilə gündəmə gələn Sevinc Nəsirovanın psixoloji dispanserə yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, Sevinc Nəsirovanın deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu deyilir. Millət vəkilinin qızı Laləzar Əliyeva da anasının çəkdiyi görüntülərlə bağlı paylaşım edərək onun səsi ilə çəkilən və trendə düşən videoların silinməsini tələb edib.

Xatırladaq ki, bir il əvvəl L.Əliyeva videomüraciət yayaraq Elman Nəsirovun qızı olduğunu bildirib, ata qayğısı görmədiyini iddia etmişdi. Deputat isə öz növbəsində övladına ev verdiyini bildirmişdi.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar