Ru
14:51 / 30 Oktyabr 2026

Dünyada ən çox avtomobil hansı ölkədədir?

Dünyada ən çox avtomobil hansı ölkədədir?
Eye

Hər 1 000 nəfərə düşən avtomobil sayına görə dünyanın lider ölkəsi San-Marino hesab olunur. BMT və beynəlxalq statistika mənbələrinə görə, burada hər min nəfərə 1 606 avtomobil düşür.

"Bakupost" xəbər verir ki, TOP-10-da ikinci yerdə Andorra qərarlaşıb. Bu kiçik ölkədə hər 1000 nəfərə 1 214 avtomobil düşür.

Sonrakı yerlərdə 1102 avtomobillə Malayziya, 1040-la Bruney, 999-la Tayvan, 881-lə Yeni Zelandiya, 818-lə Lüksemburq, 800-lə ABŞ, 790-la Quam və 781 avtomobillə Avstraliya gəlir.

Azərbaycana gəldikdə, qeydiyyatda olan avtomobillərin sayı ilə əhali sayı nisbət hesablamalarına görə, Azərbaycanda hər 1 000 nəfərə təxminən 172 avtomobil düşür.

Bu göstərici ilə Azərbaycan MDB və region ölkələri arasında nisbətən aşağı sıralarda qərarlaşıb. Belə ki, Gürcüstanda hər 1 000 nəfərə -418, Rusiyada -355, Belarusda 338, Ermənistanda -303, Qazaxıstanda -250 avtomobil düşür.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar