Ru
13:57 / 30 Oktyabr 2026

“Volkswagen” sürətlə müflisləşir

“Volkswagen” sürətlə müflisləşir
Eye

“Volkswagen” Qrupu 2026-cı ilin üçüncü rübündə 5,9 milyard avro əməliyyat zərəri açıqlayıb. Yanvar-sentyabr dövründə isə şirkətin xalis zərəri 2,72 milyard avroya çatıb.

“Bakupost” xəbər verir ki, iyul-sentyabr aylarında qrupun satış gəlirləri 6,3 faiz azalaraq 75,28 milyard avro olub. Avtomobil təhvilvermələri 14,3 faiz, Çindəki satışlar isə 38,5 faiz azalıb.

Zərərin əsas səbəblərindən biri “Porsche” markasının dəyərinin 6,4 milyard avro azaldılması olub. Çin bazarındakı itkilər və digər xərclərlə birlikdə maliyyə nəticələrinə mənfi təsir 7,8 milyard avroya çatıb.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar