Ru
13:30 / 30 Oktyabr 2026

Ukrayna Rusiyanın neft zavodunu dronlarla vurdu - FOTO

Ukrayna Rusiyanın neft zavodunu dronlarla vurdu - FOTO
Eye

Ukrayna Rusiyanın yanacaq-energetika kompleksinin(YEK) obyektlərinə hücumları yenidən bərpa edib.

"Bakupost" xarici KİV-ə istinadla xəbər verir ki, Ukraynanın müdafiə şirkəti "Fire Point" Rusiyanın Samara vilayətində yerləşən Novokuybışevsk Neft Emalı Zavodunun FP-1 markalı kamikadze dronları ilə vurulduğunu təsdiqləyib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə neft emalı zavodunun yerləşdiyi ərazidən yüksələn alov və qatı tüstü müşahidə olunur.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın Kiyevi Rusiyanın neft infrastrukturuna hücumları dayandırmağa çağırdığı barədə məlumatlar yayılmışdı. Ukrayna Prezidenti Volodimir Zelenski isə buna cavab olaraq “enerji atəşkəsi” elan edilməsini və ya Ukraynaya əlavə hava hücumundan müdafiə vasitələrinin verilməsini təklif etmişdi.
Qeyd olunur ki, ABŞ tərəfindən tələb olunan yardım və təminatlar verilmədiyindən Ukrayna Rusiyanın enerji infrastrukturuna zərbələri bərpa edib.

Yasəmən, BakuPost


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar