Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib.
"Bakupost" xəbər verir ki, mərhumun yaxınları axşam.az-a sənətçinin vida və dəfn mərasiminin yerini açıqlayıblar.
Onlar bildirib ki, vida mərasimi Xalq artistinin evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, oktyabrın 14-də səhhəti pisləşən Xalq artisti xəstəxanaya yerləşdirilmişdi. O, ötən gün vəfat edib.