Ru
10:59 / 30 Oktyabr 2026

Vəzifədən gedəcəyi deyilən Səbinə Əliyevadan ilk AÇIQLAMA

Vəzifədən gedəcəyi deyilən Səbinə Əliyevadan  ilk AÇIQLAMA
Eye

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Ombudsman vəzifəsinə namizədliyi müzakirə olunan Səbinə Əliyeva çıxış edib.

"Bakupost" modern.az-a istinadən xəbər verir ki, Səbinə Əliyeva çıxışında ilk növbədə namizədliyini Milli Məclisə təqdim etdiyinə görə Prezidentə dərin təşəkkürünü bildirib.

O, Ombudsman vəzifəsinə namizəd göstərilməsini böyük şərəf və məsuliyyət kimi qiymətləndirib.

Səbinə Əliyeva qeyd edib ki, ötən dövr ərzində fəaliyyətində əhalinin həssas qruplarının, xüsusilə uşaqların, əlilliyi olan şəxslərin, eləcə də öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirib.

Namizəd, həmçinin ölkə ərazisində hüquqi mədəniyyətin formalaşdırılması və artırılması istiqamətində görülən işlərdən danışıb. Onun sözlərinə görə, regional mərkəzlərin institusional baxımdan gücləndirilməsi və fəaliyyət dairəsinin yeni coğrafi əraziləri əhatə etməsi istiqamətində də mühüm addımlar atılıb.

Səbinə Əliyeva bildirib ki, fəaliyyəti ilə bağlı hər il qanunvericiliyə uyğun olaraq Milli Məclisdə hesabatla çıxış edib. O, Milli Məclislə Ombudsman Aparatı arasında əməkdaşlığın hər zaman yüksək səviyyədə olduğunu xüsusi vurğulayıb.

Namizəd qeyd edib ki, deputatlar tərəfindən irəli sürülən təkliflər digər ölkələrlə müqayisədə Azərbaycanda kifayət qədər qısa müddətdə həllini tapır. O, bunu müsbət təcrübə kimi dəyərləndirib.

Çıxışında beynəlxalq əməkdaşlıq məsələsinə də toxunan Səbinə Əliyeva vurğulayıb ki, Azərbaycan Ombudsman Aparatı həm beynəlxalq, həm də regional təşkilatlarda, o cümlədən onların rəhbər strukturlarında təmsil olunur.

Onun sözlərinə görə, bu platformalarda Azərbaycanın həqiqətləri və ölkəmizin müsbət təcrübəsi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar