Ru
11:53 / 30 Oktyabr 2026

Narkotik aludəçisi olan avtobus sürücüsü saxlanıldı - VİDEO

Eye

Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.


Bu barədə "Bakupost"a Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Belə ki, Zaqatala rayon sakini Elvin Məmmədov “Daevoo” markalı avtobusu idarə edərkən manevr qaydalarını pozduğu üçün saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub və fakt öz təsdiqini tapıb.

E.Məmmədov barəsində toplanmış materiallar məhkəməyə göndərilib və o, 20 gün müddətində inzibati qaydada həbs olunub.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək, onları bu sahədə daha kəsərli tədbirlər görməyə, sükan etibar etdikləri sürücülərlə bağlı qanunvericiliyə uyğun nəzarət tədbirlərini gücləndirməyə çağırıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar