Ru
12:37 / 30 Oktyabr 2026

Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - Anbaan video

Eye

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində iki nəfər arasında insident baş verib.

"Bakupost" xəbər verir ki, hadisə qəsəbəsinin D massivində yaşanıb.

Yayılan görüntülərdə iki nəfərin bir-birinə hücum etdiyi, digər iki şəxsin isə onları ayırmağa çalışdığı anlar əks olunub.

"Bakupost"un əldə etdiyi məlumata görə, hadisə polis tərəfindən araşdırılıb. İnsidentdə iştirak edən hər iki şəxs müəyyən olunaraq saxlanılıb.

İlkin məlumata əsasən, mübahisəyə tərəflərdən birinin avtomobilini həmin yerdə saxlaması səbəb olub.

Lalə Norvuz, BakuPost


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar