Ru
14:06 / 30 Oktyabr 2026

Məşhur məmur bu vəzifəsini də itirdi

Məşhur məmur bu vəzifəsini də itirdi
Eye

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) prorektoru Qüdrət Qurbanov vəzifəsindən azad olunub.


"Bakupost" Ölkə.az-a istinadla xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, akademiyanın tədrisin təşkili və idarə edilməsi üzrə prorektoru Q.Qurbanov postundan çıxarılıb.

Həmin vəzifəyə İradə Süleymanova təyinat alıb.

Qeyd edək ki, Qüdrət Qəmbər oğlu Qurbanov 1959-cu il oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.

Azərbaycan Prezidenti İlham Əliyevin 21 aprel 2006-cı il tarixli sərəncamı ilə Dövlət Dəniz Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunub.

Administrasiya 2018-ci ildən Dövlət Dəniz Agentliyi adlandırılıb, Q.Qurbanov yeni qurumun direktoru təyin edilib.
2021-ci ilin oktyabrında isə agentlik ləğv edilib və Q.Qurbanov vəzifəsindən azad olunub. Bu agentliyin, habelə Dövlət Dəniz Agentliyinin tabeliyində olmuş Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi yaradılıb.

O, 2024-cü ilin sentyabrında ADDA-nın prorektoru və rektor əvəzi təyin olunmuşdu. 2025-ci ilin sentyabrında rektor əvəzi vəzifəsindən çıxarılsa da, prorektor postunda saxlanılmışdı.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar