Hindistanın Uttarakhand ştatında yolların olmaması səbəbindən Şarmila adlı gəlin bəyin evinə çatmaq üçün təxminən 18 kilometr piyada getməli olub.
"Bakupost" Bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu barədə “India Today” məlumat yayıb.
Gəlin bütün məsafəni ağır gəlinlik paltarında qət edib. O, səfərdən sonra ştatın baş naziri Puşkar Sinq Dhamiyə müraciət edərək, sakinlərin gələcəkdə belə çətinliklərlə üzləşməməsi üçün kəndə yol çəkilməsini istəyib.
Gəlinin fotoları sosial şəbəkələrdə yayılıb və ucqar kənd sakinlərinin üzləşdiyi problemlərə diqqət çəkib. Yolların olmaması təkcə gündəlik həyatı deyil, toy kimi mühüm tədbirləri də çətinləşdirir.
Ştatın dağlıq ərazilərində yol infrastrukturunun çatışmazlığı xüsusilə yaşlıların, xəstələrin və hamilə qadınların tibbi xidmətlərə çıxışını çətinləşdirir.