İsrailin Baş naziri Benyamin Netanyahu ərəb partiyaları ilə koalisiya hökuməti qurmayacağını bəyan edib.
"Bakupost" xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Oktyabrın 27-də keçirilən ümumi seçkilərdən sonra İsraildə siyasi qeyri-müəyyənlik yaranıb. Netanyahunun rəhbərlik etdiyi blok 120 yerlik parlamentdə 53 mandat, keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət bloku isə 48 mandat qazanıb. Çoxluğu təmin etmək üçün tələb olunan 61 mandata heç bir blok sahib ola bilməyib.
Ərəb partiyaları isə 19 mandat əldə edərək tarixlərində ən yüksək nəticəyə imza atıblar. Bu nəticədən sonra diqqətlər koalisiya danışıqlarına yönəlib.
Netanyahu sosial şəbəkə hesabında paylaşım edərək ərəb partiyaları ilə danışıqlar aparmayacağını bildirib: “Onlarla hökumət qurmaq qadağandır!”.