Azərbaycanda zəlzələlərin öyrənilməsi zamanı ciddi səhvlərə yol verilib.
"Bakupost" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli "Aktual Gündəm” verilişində danışıb.
Onun sözlərinə görə, müxtəlif dövrlərdə hazırlanmış tektonik qırılma xəritələri bir-biri ilə uyğun gəlmir.
Tahir Məmmədli bildirib ki, həmin xəritələrlə şəxsən tanış olub və onların arasında ciddi uyğunsuzluqlar var:
“Dağlıq ərazilər 8 ballıq, digər ərazilər isə 7 ballıq seysmik zona kimi göstərilib. Lakin bu bölgünün heç bir elmi əsası yoxdur. 1980-ci ilə qədər Azərbaycanın əksər əraziləri, o cümlədən Abşeron 7 ballıq, Böyük Qafqaz isə 8 ballıq zona hesab olunurdu.
Beləliklə, 1991-ci ilə qədər tikilən binalar 7 ballıq seysmik davamlılıq nəzərə alınmaqla layihələndirilib. 1991-ci ildə isə yeni seysmik xəritəyə əsasən, bəzi ərazilərin göstəricisi 8 bala qaldırılıb. Mənim apardığım hesablamalara görə, Abşeron yarımadası da həmin xəritələrdə 8 ballıq seysmik zona kimi qiymətləndirilib".
Yaəmən, BakuPost