21:47
Yasin Benzia “Qarabağ”dan ayrılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi məlumat yayıb.
Onunla başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, Benzia Azərbaycan klubuna 2023-cü ilin yanvarında transfer olunmuşdu. O, daha öncə “Lion”, “Lill”, “Dijon” (hamısı Fransa), “Olimpiakos” (Yunanıstan), “Fənərbaxça”, “Hatayspor” (hər ikisi Türkiyə) kimi klublarda çıxış edib.
***
"Qarabağ"ın monteneqrolu futbolçusu Marko Veşoviç klubdan ayrılıb.
Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Qarabağ" Patrik Andrade ilə də yollarını ayırıb.
***
"Qarabağ" klubu futbolçusu İsmayıl İbrahimli ilə də yollarını ayırıb.
Son iki mövsümdə icarə əsasında “Zirə”də çıxış edən 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.