17 may 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Qırğızıstanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Maksat Mamutkulov , Azərbaycanın ictima və siyasi xadimləri Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin Şəki şəhərində yerləşən ev muzeyini ziyarət ediblər.
Bakupost.az -a Türk Mədəniyyəti və İrsi Fondunundan verilən məlumata görə, ziyarət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq AMEA və Mahmud Kaşğari adına Beynəlxalq Fondun əməkdaşlığı çərçivəsində təşkil olunub, bir sıra silsilə tədbirlər həyata keçirilib.
Muzeyə baxışdan öncə iştirakçılar Bəxtiyar Vahabzadənin şərəfinə ucaldılan abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər və əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Ziyarət zamanı qonaqlar şairin şəxsi əşyalarının, yaradıcılığına dair əlyazmaların və onun zəngin irsini əks etdirən eksponatların nümayiş olunduğu muzey ekspozisiyası ilə tanış olublar.
Tədbir çərçivəsində Bəxtiyar Vahabzadənin milli şüurun, dilin və mədəniyyətin qorunması uğrunda mübarizəkar yaradıcılığından danışılıb, onun Türk dünyası mədəniyyətinə töhfələri xüsusi ilə vurğulanıb.
Ziyarət Türk dünyasında ortaq mədəni yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi simvolik əhəmiyyət daşıyıb.