Ru
12:40 / 19 İyun 2025

Bir vaxtlar milyarder idi: Kirayədə qalır...

Bir vaxtlar milyarder idi: Kirayədə qalır...
Eye

"Hafka" ləqəbi ilə tanınan azərbaycanlı iş adamı Hafiz Məmmədov müflisləşməsindən sonra, təxminən 10 ildən artıq müddətdə çoxsaylı əmlakının hesabına oliqarx həyatını davam etdirib. Lakin eks-milyonçu hazırda bütün əmlaklarını itirib.

Bakupost.az Unikal.az-a istinadən xəbər verir ki, iş adamının "Milyonçular məhəlləsi" adlanan Məmməd Araz küçəsində 9 ədəd villası olub.

Hafka villalarını bu illər ərzində dəyər-dəyməzə satıb. Bahalı mülklərin bir hissəsini biznesmen İlham Rəhimov alıb, bir hissəsi isə digər şəxslərə satılıb.

Hazırda Hafiz Məmmədovun "Milyonçular məhəlləsi"ndə demək olar ki, qalmağa yeri yoxdur.

Məlumata görə o, Ağ Şəhərdə yerləşən binaların birində kirayədə yaşayır.

Onun İngiltərənin London şəhərində yerləşən mülkü də ailəsinin əlindən çıxıb.

Qeyd edək ki, Hafiz Məmmədov "Baghlan Group" şirkətinin və "Bakı" Futbol Klubunun prezidenti, eləcə də "Bank of Azerbaijan"ın Müşahidə Şurasının sədri olub.

Şərhlər
  • B.Kolxozdar

    Rəsmən milyarder kimi təsdiqlənən Azərbaycan vətəndaşı varmı? Yaxuda, ölkəmizin özünə inam və rizası varmı ki, yaxın zamanlarda bir, ya bir neçə nəfər vətəndşının milyarder olma şans-imkanları mövcuddur və ya açıq-aşkar özəl şəraitlər var?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar