Ru
10:02 / 19 Noyabr 2026

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun...

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun...
Eye

Bu gün Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçiriləcək.


"Bakupost" xəbər verir ki, sözügedən araneda I Liqanın "Xankəndi" - "Karvan-Yevlax" oyunu baş tutacaq.

VIII turun qarşılaşmasını baş hakim Kamranbəy Rəhimov idarə edəcək.

Yevlax təmsilçisi turnir cədvəlində 13 xalla dördüncü, ev sahibləri isə 6 xalla yeddinci sırada yer alıblar.

Xatırladaq ki, Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışı noyabrın 7-də baş tutub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar